Tamara Mustafayeva, Banco.az
Ceff Bezos iqtisadiyyatda daha çətin dövrlərin yaxınlaşdığı barədə xəbərdarlıq edib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, e-ticarət nəhəngi "Amazon"un təsisçisi və dünyanın ikinci ən varlı insanı olan Ceff Bezos sosial media hesabında "Goldman Sachs"ın CEO-su David Solomonun CNBC kanalına müsahibəsinə istinad edərək yazıb:
"Bəli, iqtisadi perspektivlər gəmini fırtınaya hazırlamalı olduğumuzu deyir."
Qeyd edək ki, ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs"ın baş icraçı direktoru David Solomon bankın "Wall Street" proqnozlarını üstələyən rüblük mənfəət nəticələrini açıqlamasından sonra verdiyi qiymətləndirmədə həm institusional liderlərin, həm də investorların artan riskləri dərk etmələri və buna uyğun olaraq hazırlaşmaları üçün vaxtın gəlib çatdığını deyib.
Bizi sosial şəbəkələrdən izləyin!!