McDonald`s enerjisini özü istehsal edən restoranını TƏQDİM ETDİ | Banco.az

McDonald`s enerjisini özü istehsal edən restoranını TƏQDİM ETDİ

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, McDonald`s şirkəti koronavirusun yayılmasının qarşısını almaq və müştərilərinin təhlükəsizliyini təmin etmək üçün restoranlarında bir sıra yeniliklər tətbiq etməyə başlamışdı. 

Bu dəfə isə şirkət dünya üçün daha böyük və uzunmüddətli risk faktoru olan qlobal istiləşməsinin qarşısını almağa yardımçı olmaq üçün yeni ideya ilə qarşımıza çıxıb. Belə ki, Ross Barney Architects memarlıq firması ilə əməkdaşlıq çərçivəsində şirkət öz gücünü yenilənə bilən enerji vasitəsilə təmin edən yeni restoran dizayn etdirib. 

Florida ştatındakı Walt Disney World Resort ərazisində yerləşən bu yeni restoran özünəməxsus dizaynı sayəsində artıq illik enerji istehlakını yenilənə bilən enerjidən təmin edəcək. Bu restoranın şirkətin enerji və su istehlakını azaltmaq üçün yeni həll yolları təmin edən təlim mərkəzinə çevriləcəyi düşünülür.

Sözügedən restoran 745 kvadratmetr sahəsi olan yemək bölməsi və V formasında inşa edilən günəş panelləri yerləşdirilmiş tavandan ibarətdir. Günəş enerjisindən elektrik istehsal edən fotovoltaik panellər bina boyunca yerləşdiriləcək.

Restoranın ilin yarısından çoxunu təbii formada havalandırılması nəzərdə tutulsa da, binanın çöl pəncərələri nəm və istilik sensorları ilə hərəkətə gətirilib kondisoner lazım olduqda avtomatik bağlanacaq. Binanın eksteryer dizaynında istifadə edilən bitkilərlə əhatələnmiş 158 kvadratmetrlik divar karbon dioksid qazını udmağa və bioloji müxtəlifliyi və suyu saxlamağa xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: McDonald`s üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et