McDonald`s üçün hazırlanmış ən yaradıcı reklam afişaları | Banco.az

McDonald`s üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Tamara Mustafayeva, Banco.az

Tanınmış markaların yaradıcı və uğurlu reklam kampaniyaları hər zaman qurumların, mütəxəssislərin və reklam həvəskarlarının böyük marağına səbəb olur. Bugünkü məqaləmizdə də fast-fud nəhəngi Mcdonald`s şirkəti üçün hazırlanmış bir-birindən fərqli konsepsiyaları olan yaradıcı reklam afişalarını sizə təqdim edirik.

1. McMistakes

Mcdonald`s şirkətinin beynəlxalq reklam agentliyi TBWA-nın Belçika filialı ilə birlikdə həyata keçirdikləri "McMistakes" adlı tələbələri işə qəbul etmək məqsədilə hazırlanan reklam kampaniyası namizədlərin CV-dəki təcrübə və xətalarının deyil, öyrənməyə olan həvəsinin əhəmiyyətinə diqqət çəkir.

2. Əsl Milkshake

DDB beynəlxalq marketinq şirkətinin Finlandiya filialı tərəfindən hazırlanan kampaniya "Məhz əsl Milkshake" şüarı ilə inəyi müxtəlif oyunlara daxil edir.

3. Mobil Sifariş

McDonald`s şirkətinin mobil telefonlar vasitəsilə də sifariş qəbul etdiyini elan etdiyi press-reliz üçün hazırlanmış afişalarda mobil telefonlardan istifadə edilərək şirkətin məhsulları təsvir edilir.

4. EvdəQal

Instagram platformasında bir dizayner tərəfindən hazırlanan təsvir ilə pandemiya dövründə McDonald`s-ın məşhur qızardılmış kartof dilimləri bizi evdə qalmağa təşviq edir.

5. 24 Saat Açıq

McDonald`s restoranlarının gecə də açıq olduğunu vurğulamaq üçün hazırlanan reklam afişası.

6. McCafe

McCafé kofelərinin reklamı üçün hazırlanan hamburger formalı qəhvə dənəcəyi təsviri sadə və ecazkar görünüşə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

7. McFlurry

Yay aylarında hər kəsin əvəzedilməzi olan dondurma markaları ilə rəqabət etmək üçün McDonald`s məşhur McFlurry dordurmalarını ön plana çıxarır və təbii ki, bunun üçün bir-birindən maraqlı reklam afişaları hazırlanır. TBWA Portuqaliya tərəfindən hazırlanan kampaniyada digər dondurmaların əvəzinə McFlurry yeməyi üstün tutan insanların geyimlərində təsvir edilən dondurmalar məyus və qorxmuş görünür.

8. Daşınma Günü

Kanadanın Kvebek əyalətində daşınmaz əmlak kirayələri üzrə müqavilələrin əksəriyyəti eyni gündə başa çatır. Nəticədə 100 mindən çox mənzildə Kvebeklilərin "Daşınma Günü" kimi adlandırdıqları gün əşyalar yığılaraq yeni mənzillərə aparılır. Bu qeyri-adi ənənəni qeyd etmək üçün bu il McDonald`s Kanada və Cossette adlı marketinq və kommunikasiya şirkəti əyalətin dörd bir tərəfindən gələn qonaqlara belə qaçaqaçın arasında McDelivery-ə etibar etmələrini xatırlatmaq məqsədilə yaradıcı reklam kampaniyasına imza atıblar.

9. Banksy

2018-ci ildə tanınmış rəssam Banksy hazırladığı tablonu satdıqdan dərhal sonra onu hissələrə ayıraraq bütün dünyanı təəccübləndirmişdi. TBWA Malta isə bu həyacanlı hadisəni hazırladığı reklam afişaları üçün ilham mənbəyinə çevirib.

10. Halloween

McDonald`s məşhur məhsullarından yola çıxaraq bu dəfə də hər kəsin sevimlisi Halloween bayramını qeyd edir.

Həmçinin oxu: Bu tanınmış şirkət adsız və loqosuz reklam afişaları yayımlayıb

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et