Dünyanın ən məşhur markalarının adları hardan gəlir? | Banco.az

Dünyanın ən məşhur markalarının adları hardan gəlir?

Tamara Mustafayeva, Banco.az

1. Amazon

E-ticarət nəhəngi Amazon şirkətinin ilk adı “Cadabra” idi. Ancaq bir müddət sonra bu ad “Cadaver” (“Cəsəd”) sözünü xatırlatdığı üçün dəyişdirilir. Təsisçi Ceff Bezos yeni ad üçün əlifba sırasına görə ilk pillələrdə yer alması səbəbilə A hərfi ilə başlayan ad fikirləşməyə başlayıb və hazırda dünyanın ən tanınmış şirkətlərindən biri “Amazon”un adına beləcə qərar verilib.

2. Ikea

Şirkətin adı təsisçi Ingvar Kampradın, onun doğulduğu Elmtaryd fermasının və böyüdüyü Agunnaryd kəndinin baş hərflərindən meydana gəlib.

3. P&G

Sabun istehsalçısı William Proctor ilə şam istehsalı ilə məşğul olan James Gamble 1837-ci ildə eyni ailənin iki qızı ilə evlənib qohum olduqdan sonra şərikli şirkət yaratmağa qərar verirlər. Beləliklə də P&G (Proctor&Gamble) yaranır.

4. Starbucks

Kofe nəhənginin adını ilk əvvəl Amerikalı yazıçı German Melvillin “Moby Dick” adlı romanında bəhsi keçən gəminin adı olan “Pequod” qoymağı düşünüblər. Ancaq bu ad idarə tərəfindən qəbul edilmədiyi üçün yenə həmin romanın obrazlarından biri olan “Starbuck” adı seçilir.

5. Vodafone

İngilis mənşəli telekommunikasiya nəhəngi adı ingilis dilində “Voice” (səs), “Data” (məlumat) və “Telephone” (telefon) sözlərindən yaranıb.

6. Lego

Mərkəzi ofisi Danimarkada yerləşən Lego şirkətinin adı dilimizdə “yaxşı oyna” mənasını verən “Legt Godt” birləşməsindən gəlir.

7. Coca-Cola

Tanınmış içki markası öz adını koka ağacının yarpaqları və kola fındığından alıb.

8. Nike

Dünyanın aparıcı idman geyimləri istehsalçısı Nike firmasının adı yunan mifologiyasında Zəfər Tanrısı olan “Nikea”nın adından götürülüb.

9. Adidas

Ən sərfəli kredit üçün müraciət et

1949-cu ildə təsis edilən bu günün idman nəhəngi öz adını təsisçi Adolf Dasslerin ləqəbi “Adi” ilə soyadının ilk üç hərfinin birləşməsindən alıb.

Adidas firmasının quruluş hekayəsini oxumaq üçün link-ə keçid edə bilərsiniz: https://bit.ly/3oPZC70

10. Nintendo

Yaponiyanın transmilli elektronika və video oyun şirkətinin yaponca adı “Nintendou” yerli dildə etibarlı mənasını verən “Nin” və cənnət mənasını verən “tendou” sözlərinin birləşməsindən yaranıb.

11. Volkswagen

Şirkətin adı alman dilindən tərcümədə “xalqın avtomobili” deməkdir.

12. Nikon

Tanınmış kamera və linza istehsalçısı şirkət adını “yapon optikası” mənasını verən “Nippon Kogaku” birləşməsinin qısaltmasından götürüb.

13. Pepsi

Pepsi şirkətinin adı həzm fermenti olan “Pepsin” ilə əlaqədardır.

14. Canon

Şirkətin adı təsis edildiyi zaman Buddizm dinində Mərhəmət Tanrıçası olan “Kwanon” idi. 1935-ci ildə şirkət dünyaya inteqrasiya etməyə qərar verdikdə adı dəyişdirilərək “Canon” qoyulur.

15. Nissan

Yapon Sənayesi mənasını verən “Nippon Sangyo” birləşməsinin qısaltmasıdır.

Həmçinin oxu: 2021-ci ildə ən çox müraciət ediləcək 3 dizayn tendensiyası

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et