Dünyanın ən iri investisiya fondu yaradılır | Banco.az

Dünyanın ən iri investisiya fondu yaradılır

"Habertürk" xəbər verir ki, adıçəkilən Fondun qlobal texnologiya sektorunda mühüm dəyişikliklər edəcəyi gözlənilir.

Fonda yaxın 5 ildə ən böyük maliyyə dəstəyini 45 mlrd. dollarla S.Ərəbistanının Dövlət İnvestisiya Fondu verəcək. "Softbank"ın isə "Vision Fund"a 25 mlrd. dollar yatırım edəcəyi gözlənilir. Qeyd edək ki, bununla yanaşı "Apple" və "Sharp" şirkətlərinin hər biri "Vision Fund"a 1 mlrd. dollar verəcəyini bildirib. Fonda investisiya qoyanlar arasında həmçinin "Oracle", "Foxconn" və "Qualcomm" kimi məşhur texnologiya şirkətləri yer alıb.

Hazırda S.Ərəbistanında olan Yaponiyanın ən zəngin adamı - "Softbank Group"un sahibi Masayoşi Son (Masayoshi Son) "Vision Fund"un rəsmi olaraq paytaxt Ər-Riyadda fəaliyyətə başlayacağını qeyd edib.

Xatırladaq ki, "Vision Fund" 2016-cı ilin oktyabr ayında qurulub və məqsədi dünyada texnologiya sahəsində yeni araşdırmalara dəstək verməkdir.

© Report