"Dünyanın Ən Güclü 100 Qadını" AÇIQLANDI | Banco.az

"Dünyanın Ən Güclü 100 Qadını" AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Forbes nəşri "Dünyanın Ən Güclü 100 Qadını" siyahısını açıqlayıb. Birinci pillənin sahibi Almaniya Kansleri Angela Merkel olub.

Fransız vəkil və siyasətçi Christine Lagarde siyahının ikinci pilləsində qərarlaşıb. O, 1 noyabr 2019-cu ildən bəri Avropa Mərkəzi Bankının sədri vəzifəsində çalışır.

Siyahının üçüncü pilləsində qərarlaşan Kamala Harris isə Amerikanın ilk qadın və qara dərili vitse-prezidentidir. O, 2020 prezident seçkilərində hazırki prezident Donald Tramp və vitse-prezident Mayk Pensin məğlubiyyətindən sonra prezident seçilən Co Bayden ilə birlikdə 20 yanvar 2021-ci ildən etibarən vəzifəsinə başlayacaq.

Dördüncü pillədə isə Alman siyasətçi və Avropa Komissiyasının Sədri Ursula von der Leyen yer alıb.

Dünyanın ən güclü beşinci qadını isə Amerikalı xeyriyyəçi, "Bill & Melinda Gates" Fondunun təsisçisi və vitse-prezidenti Melinda Qeyts olub. 

Altıncı pillənin sahibi "General Motors Company"nin idarə heyətinin sədri və baş direktoru Mary Barra-dır. O, dünyaca tanınmış avtomobil istehsalçısı şirkətin ilk qadın CEO-sudur.

"Dünyanın Ən Güclü 100 Qadını" siyahısının yeddinci pilləsində ABŞ Parlament Məclisinin sədri seçilən ilk Kaliforniyalı və ilk İtalya əsilli Amerikalı, eyni zamanda ilk qadın olan Nancy Pelosi qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Səkkizininci pillənin sahibi isə İspaniyanın transmilli maliyyə xidmətləri şirkəti olan "Santander Group"un 2014-cü ildən bəri sədri olan Ana Patricia Botín-dir.

Siyahının doqquzuncu pilləsində 2014-cü ildən bəri Amerikanın "Fidelity Investments'" investisiya şirkətinin sədri və baş direktoru olan milyarder iş qadını Abigail Johnson qərarlaşıb.

Dünyanın ən güclü onuncu qadını isə Amerikalı iş qadını və eyni zamanda idmançı olan Gail Boudreax olub.

"Dünyanın Ən Güclü 100 Qadını" siyahısının 20-ci pilləsində tanınmış teleaparıcı, prodüser Opra Uinfri, 46-cı pillədə Kraliça II Elizabet, 69-cu sırada məşhur müğənni Rihanna, 72-ci pillədə digər bir məşhur müğənni Beyonce, 76-cı sırada isə "Sabancı Holding"in idarə heyətinin sədri türk iş qadını Gülər Sabancı qərarlaşıb.

Həmçinin oxu: Dünyaca tanınan ən uğurlu 10 sahibkar qadın

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et