Dünyanın ən dəyərli brendləri açıqlandı- Birinci yerin sahibi dəyişdi | Banco.az

Dünyanın ən dəyərli brendləri açıqlandı- Birinci yerin sahibi dəyişdi

Müəllif:Mehin Qasımova/Banco.az

Beynəlxalq brend qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən hazırlanan "Global500 - Dünyanın 500 Ən Dəyərli Brendləri 2024" araşdırması yekunlaşıb.

Banco.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində məlumat verilib.

Məlumata görə, dəyərini keçən illə müqayisədə 74 faiz artıraraq 516,6 milyard dollara yüksəldən "Apple", dünyanın ən dəyərli markası olub. "Apple" ən yaxın izləyicisini 176,2 milyard dollar üstələyib.  "Apple" 2021 və 2022-ci illərdə siyahıda birinci olsa da, "Amazon 2023 -cü ildə birinci olub.

Apple-ı təxminən 340,4 milyard dollar brend dəyəri ilə "Microsoft" və 333,4 milyard dollarla "Google" izləyir.

Sözügedən siyahıda "Amazon" 308,9 milyard dollarla 4-cü, "Samsung" 99,4 milyard dollarla 5-ci, pərakəndə satış şirkəti "Walmart" 96,8 milyard dollarla 6-cı, "Tiktok" 84,2 milyard dollarla 7-ci, "Facebook" 75,7 milyard dollarla 8-ci, "Deutsche Telekom" 73,3 milyard dollarla 9-cu, Çin Bankı "ICBC" isə 71,8 milyard dollarla 10-cu yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmanın nəticələrinə görə, ABŞ ölkələr siyahısından xeyli irəlidə olub. Qlobal 500 siyahısında yer alan şirkətlərdən 203-ü ABŞ, 65-i Çin, 33-ü Yapon, 32-si Fransa, 28-i Almaniya, 20-si Britaniya şirkətləri olub.

Siyahıdakı brendlərin sektorlar üzrə bölgüsü araşdırıldığında bank sektorundan 71, pərakəndə sektordan 53, texnologiya sektorundan 49 marka olduğu müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram