Dünyanın ən böyük sərvət fondu 6 ayda 110 milyard gəlir əldə etdi | Banco.az

Dünyanın ən böyük sərvət fondu 6 ayda 110 milyard gəlir əldə etdi

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük sərvət fondu olan Norveç Suveren Sərvət Fondu bu ilin ilk yarısında 110 milyard dollar həcmində gəlir əldə edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 1.4 trilyon dollarlıq Norveç Suveren Sərvət Fondu 2021-ci ilin ilk altı ayı ərzində 9,4% gəlirliliyə imza atıb.

Mərkəzi ofisi Oslo şəhərində yerləşən fond səhm investisiyalarından 14%, daşınmaz əmlaka qeyri-dövlət investisiyalarından isə 4,6% qazanc əldə edib. Sabit gəlirli qiymətli kağızlara qoyulan investisiyalar üzrə 2%, yenilənən enerji infranstrukturu üzrə isə 1,9% zərərə uğrayan fond ümumilikdə isə əvvəlcədən müəyyən edilmiş gəlir nisbətindən 28 punkt yüksək nəticə göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et