Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın pensiya fondu ilin üçüncü rübündə 4,5 milyard dollar itirdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, dünyanın ən böyük pensiya fondu olan Yaponiyanın dövlət pensiya fondu sentyabr ayına qədər olan üç ay ərzində cəmi aktivləri üzrə 683,2 milyard yen (4,5 milyard dollar) zərər gördüyünü açıqlayıb.
Açıqlamada fondun üç aylıq dövrdə 0,3 faiz zərərlə üzləşdiyi bildirilib. Ümumi aktivlər isə 219,32 trilyon yenə (1,45 trilyon dollar) yüksəlib.
Daxili istiqrazlar 2,7 faiz dəyər itirib ki, bu da fondun 2001-ci ildə maliyyə bazarlarına sərmayə qoymağa başlamasından bəri ən sürətli geriləmədir. Fondun Yaponiya səhmləri də 2,5 faiz dəyərdən düşüb.
Dolların yen qarşısında möhkəmlənməsi fondun xarici aktivlərinə dəstək olub. Fondun xaricdəki səhmlərindəki itki isə 0,1 faiz səviyyəsində qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!