Müəllif - Aida İsaq, Banco.az
Cari ildə mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri arta bilər.
Banco.az xəbər verir ki, bu fikirləri dünyanın ən böyük LNG alıcısı olan Yaponiyanın Jera enerji qrupunun rəhbəri Yukio Kani bildirib. Onun sözlərinə görə, Çində koronavirus pandemiyası və mülayim keçən qışla bağlı məhdudiyyətlər yanacağa tələbi azaldıb. Buna görə də LNG spot qiymətləri 2022-ci illə müqayisədə xeyli aşağı düşüb.
Eyni zamanda, şirkət rəhbərinin sözlərinə görə, bu il Avropada idxal imkanlarının artması və Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artması riski var. Xüsusən də qarşıdan gələn qış soyuq keçərsə yanacağın qiyməti bahalaşa bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!