Dünyanın ən böyük kriptovalyuta birjası zəlzələ qurbanlarına dəstək verəcək | Banco.az

Dünyanın ən böyük kriptovalyuta birjası zəlzələ qurbanlarına dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Binance” birjası Türkiyəyə dəstək verəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” zəlzələ zonasındakı təsdiqlənmiş istifadəçilərin hesablarına 100 ABŞ dolları müqabilində BNB tokeni yükləyəcək.

İanədən faydalanacaq istifadəçilər fevralın 6-dan əvvəl tamamlanan Ünvan sübutu (Proof of Adress - POA) üsulu ilə müəyyən ediləcək.

"Binance" açıqlamasında bildirib ki, ümumi ianə məbləğinin 5 milyon dollar olacağı gözlənilir.

Xatırladaq ki, BNB (Binance Coin) “Binance” platformasında istifadə edilən Ethereum Blockchain əsaslı kriptovalyutadır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et