Dünyanın ən böyük idman festivalı Tokioda başlayır | Banco.az

Dünyanın ən böyük idman festivalı Tokioda başlayır

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük idman festivalı olan 32-ci Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda başlayacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Discover Tomorrow (Sabahı Kəşf Et)" şüarı ilə keçiriləcək 2020 Tokio Olimpiya Oyunlarının rəsmi açılış mərasimi sabah Yaponiya Milli Stadionunda xüsusi mərasimlə baş tutacaq. 8 avqustda reallaşması planlaşdırılan bağlanış mərasiminədək idmançılar bir çox idman növü üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, oyunlarda 206 ölkədən 11 mindən çox idmançının yarışı nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et