Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tayvan Semiconductor Manufacturing” (TSMC) üçüncü rüb gəlirində gözləniləndən daha yaxşı artım olduğunu bildirib.
Banco.az xəbər verir ki, dünyanın ən böyük çip istehsalçısı olan “TSMC” üçüncü rübdə süni intellektə (AI) tələbatdan faydalanaraq həm bazarı, həm də şirkətin öz proqnozlarını üstələyən gəlir əldə etdiyini açıqlayıb.
Belə ki, şirkət 39 faiz artım açıqlayıb.
“Nvidia” və “Apple”ın əsas çip istehsalçısı olan şirkət analitiklərin orta hesabla 748 milyard yeni Tayvan dolları proqnozu ilə müqayisədə sentyabr rübündə 759,7 milyard yeni Tayvan dolları (23,6 milyard dollar) satış etdiyini bildirib.
Qeyd edək ki, Sinçu şəhərindən fəaliyyət göstərən “TSMC” süni intellektin hazırlanması üçün lazım olan ən müasir çipləri istehsal etməklə süni intellektin inkişafına yönələn xərclərin qlobal artımının mərkəzində dayanan əsas şirkətlərdən biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!