Dünyanın ən böyük camaşırxanası müasir texnologiyaya meydan oxuyur | Banco.az

Dünyanın ən böyük camaşırxanası müasir texnologiyaya meydan oxuyur

​Müəllif - Aida İsaq, Banco.az

Uzun illər öncə inşa edilən dünyanın ən böyük camaşırxanası “Dhobi Ghat” müasir texnologiya əsrinə meydan oxumağa davam edir.

Banco.az xəbər verir ki, Hindistanın Mumbay şəhərində yerləşən camaşırxana təxminən 140 ildir fəaliyyət göstərir. Adı çəkilən camaşırxananın 19-cu əsrin sonlarında Britaniya müstəmləkəçiliyi zamanı tikilib. Zaman keçdikcə dünyanın ən böyük camaşırxanasına çevrildiyi bildirilir. Ölkənin 20 milyondan çox əhalisi olan ən sıx şəhəri Mumbaya illərdir xidmət göstərən “Dhobi Ghat”da 200-dən çox ailə yaşayır. Camaşırxana bu ailələr arasında nəsildən-nəslə keçərək mirasa çevrilib. Şəhərin hər yerindən gətirilən minlərlə paltarın münasib qiymətə təmizləndiyi camaşırxana həm burada yaşayan və işləyən ailələr, həm də xaricdən gələn işçilər üçün mühüm gəlir mənbəyidir. İşçilər gündə orta hesabla 400-600 rupi (təxminən 4,89-7,34 dollar) qazanır. “Dhobi Ghat”da təxminən 7000 işçi çalışır. Səhərin erkən saatlarından başlayaraq iş fəaliyyəti hər gün orta hesabla 18-20 saat davam edir. Orta hesabla gündə 100 mindən çox paltar yuyulur. İşçilər 700-dən çox təmizləyici daşlara vuraraq yuduqları paltarları günəşin istisi ilə quruması üçün kəndirlərə asırlar. Daha sonra ütülənərək torbalara qoyulan paltarlar şəhərin müxtəlif yerlərində müştərilərə çatdırılır. Şəhərdəki bir çox otellər, şirkətlər və xəstəxanalar sürətli xidmətinə görə illərdir "Dhobi Ghat"ı seçirlər.

Ən sərfəli kredit üçün müraciət et

Rəsmi məlumatlara görə, “Dhobi Ghat”ın illik dövriyyəsi təxminən 100 milyon rupi təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et