Dünyanın ən bahalı və ən ucuz ölkələri hansılardır? -TOP-10 | Banco.az

Dünyanın ən bahalı və ən ucuz ölkələri hansılardır? -TOP-10

Aida İsaq, Banco.az

Aparıcı biznes jurnallarından olan CEO World dünyanın ən bahalı ölkələrinin adlarını açıqlayıb. Kirayə, yemək, alış qabiliyyəti və restoran qiymətlərinə görə hazırlanan siyahıya 8.7 milyon əhalisi olan İsveçrə liderlik edir. İkinci pillədə Norveç, ardınca digər şimal ölkəsi İslandiya yer alır.

Avropa ölkələri ilk 20-likdə yer alsa da, siyahıda Asiya və Karib dənizindəki ölkələrin olması da diqqət çəkir. İsveçrə yalnız ümumi siyahılarda deyil, həm də digər fərdi qiymətləndirmə faktorlarına görə də birincidir.

Tədqiqata görə, İsveçrədəki bazarlar dünyanın hər yerindəki bazarlardan daha bahalıdır. Bazarda alış-veriş etmək əvəzinə restorandan yemək istəyənlər isə daha yüksək qiymətlərlə qarşılaşırlar.

Çünki ölkənin restoranları, bazarlar kimi dünya ölkələri ilə müqayisədə baha başa gəlir.

Dünyanın ən bahalı 10 ölkəsi

  • İsveçrə
  • Norveç
  • İslandiya
  • Yaponiya
  • Danimarka
  • Baham adaları
  • Lüksemburq
  • İsrail
  • Sinqapur
  • Cənubi Koreya

Ən ucuz həyat tərzi olan ölkələr siyahısında orta Asiya ölkələri üstünlük təşkil edir. Pakistan dünyanın ən ucuz ölkəsidir, ardınca Əfqanıstan, Hindistan və Suriya gəlir. Siyahıdakı ən ucuz Avropa ölkəsi isə Kosovo oldu.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən ucuz 10 ölkəsi

  • Pakistan
  • Əfqanıstan
  • Hindistan
  • Suriya
  • Özbəkistan
  • Qırğızıstan
  • Tunis
  • Venesuela
  • Kosova
  • Gürcüstan

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et