Dünyada ən çox pirat proqram təminatından istifadə edən ölkələr açıqlanıb | Banco.az

Dünyada ən çox pirat proqram təminatından istifadə edən ölkələr açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Microsoft əməliyyat sistemi, Office proqramları, Adobe proqramları... Rəqəmsallaşma geniş vüsət aldıqca, iş kompüterləri üçün əvəzedilməzə çevrilən bu proqramlardan lisenziyasız istifadə halları da artıb.

Banco.az xəbər verir ki, yekun məlumatlara görə, hazırda dünya üzrə pirat proqram təminatından istifadənin ümumi dəyəri 46 milyard dolları üstələyib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, dünyada hər 5 nəfərdən ikisi pirat proqram təminatından istifadə etməklə abunə və ya lisenziya haqqı ödəməkdən yayınır. Həmçinin bəlli olub ki, lisenziyalı kompüter proqramlarından qeyri-qanuni istifadənin ən çox yayıldığı üç ölkə Çin, Rusiya və ABŞ-dır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et