Dünyada dələduzluğun və verilənlər sızmasının az qala 75%-i elektron ticarətlə bağlıdır - Visa | Banco.az

Dünyada dələduzluğun və verilənlər sızmasının az qala 75%-i elektron ticarətlə bağlıdır - Visa

Dünya ticarəti pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar. Bununla belə, Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Kriptovalyuta sahibləri də risk qrupundadır: onlara qarşı pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təm

Visa korporasiyası, rəqəmsal ödənişlər sahəsində dünya lideri, pandemiyanın pik göstəriciləri arxada qalandan sonra dələduzluğun inkişafına yenilənmiş baxışı ilə bölüşdü. Dərc olunmuş tədqiqatlarda göstərilir ki, gündəlik həyatımız canlı ünsiyyətin və onlayn alış-verişin kombinasiyasına döndüyü bir vaxtda bədəməllər həm onlayn, həm də oflayn sistemlərində zəif nöqtələr arayıb onları öz gəlir mənbələrinə çevirməyə çalışırlar.  

Pərakəndə ticarət pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar və bununla yanaşı elektron ticarət sahəsində hiylə yolu ilə, o cümlədən ziyanəvər proqramlar, şantajçı proqramlar və fişinq hücumları vasitəsilə qanunsuz vəsait qazanmağa can atırlar,” – deyərək Visa-nın risklərin idarə edilməsi üzrə direktoru Pol Fabara qeyd etdi.

6 oktyabrda Visa ilə əməkdaşlıqda iki yeni qlobal araşdırma – Visa-nın “Təhlükələrə dair” ikiillik hesabatı (Visa Biannual Threats Report) və Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” adlı icmalı (Moving Money in a Digital World) dərc olunub. Bu hesabatlarda post-pandemiya iqtisadiyyatı üçün mövcud və yeni təhdidlər işıqlandırılır.  

Elektron ticarət və kripto istifadəçiləri – innovativ dələduzluq üçün cəlbedici hədəflər

Pandemiya nəticəsində inkişafı xeyli sürətlənmiş rəqəmsal ticarət kiber-cinayətkarlar üçün ən əlverişli sahə olaraq qalır. 

Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Elektron ticarət platformalarını və yanakı kodların inteqrasiyasını hədəfləyən rəqəmsal skimminq hücumları da olduqca geniş yayılıb.

Bu təhdidlər qarşısında elektron mağazalar üçün internet saytlarında və ödəmə səhifələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsi bir zərurətə çevrilir və onu nümayiş etdirir ki, kart sahiblərinin məxfi səhifələrində xarici kodların istifadəsinin qarşısını almaq üçün müvafiq zəmanətlər tələb olunur.

Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” (Moving Money in a Digital World - MIT Technology Review) icmalı çərçivəsində keçirilmiş sorğuda respondentlərin 42%-i qeyd edib ki, təhlükəsizlik tədbirləri onların müştəriləri üçün həlledici əhəmiyyət kəsb edir, 59%-i isə etiraf edib ki, kiber-təhlükəsizliyə təhdidlər rəqəmsal ödənişlərin genişləndirilməsində ən böyük əngəldir. Bir çoxları artırılmış təhlükəsizlik vasitələrinə, o cümlədən rəqəmsal tokenlərə (32%), süni zəka və genişləndirilmiş qeydiyyat və giriş tələblərinə (42%) üstünlük verdiyini söyləyiblər.   

Ən sərfəli kredit üçün müraciət et

Ənənəvi valyutalara hücumlarla yanaşı, bədəməllər kriptovalyuta istifadəçilərinin aldadılması üçün yeni taktikalara, o cümlədən pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təminatı, eləcə də fişinq və sosial mühəndislik sxemlərində yeniliklərə əl atırlar. Kripto-körpü xidmətləri də fırıldaq hədəfinə çevrilir. 2022 ilin yanvar və fevral aylarında üç böyük qarət hadisəsi nəticəsində kiber-quldurlar, müxtəlif kripto-körpü xidmətlərində zəifliklərdən yararlanaraq, 400 milyon ABŞ dollarından artıq qanunsuz vəsait əldə ediblər.

Müdafiə: Vısa-nın müştərilərə vədi

Mövcud kiber-cinayətkarlıq riskləri üzündə Visa dələduzluqla mübarizəni gücləndirir. Son beş ildə Visa şəbəkə təhlükəsizliyinə 9 milyarddan artıq yatırım edib. Visa şirkətində onun şəbəkəsini ziyanlı proqramlar, sıfırıncı gün hücumları və daxili təhdidlərdən 24 x 7 x 365 qoruyan, öz işinə sadiq mindən çox mütəxəssis çalışır. Visa öz ekosistemini qorumaq üçün həmçinin süni zəkanın imkanlardan geniş istifadə edərək  və sahə ekspertləri ilə daima əlaqədə olaraq, milyardlarla dollar ilə ölçülən dələduzluq cəhdlərini öncədən aşkar edib zərərsizləşdirir. Faktiki olaraq, son 12 ayda süni zəkanın köməyi ilə real zaman rejimində keçirilən monitorinq toplam 4.2 milyard dollar məbləğində dələduz ödənişləri bloklayıb. Bu səbəbdən bir çox müştəri mümkün dələduzluqla üzləşdiyini heçdə güman etmir.

Ödəmə dələduzluğu haqqında daha ətraflı məlumat əldə etmək üçün Visa.com saytında “Təhlükələrə dair” ikiillik hesabatı ilə tanış olun. Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” icmalının tam mətnini bu keçidlə tapa bilərsiniz.

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et