Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər proqnozunda dünyada yanacağa olan tələbin azalması ilə bağlı ciddi mesajlar verib.
Banco.az-ın məlumatına görə, ilk dəfədir agentlik tələbin azalması fonunda eyni zamanda 2022-ci ilin enerji böhranının nəticəsi olaraq nikbin olmayan proqnoz verdi. Qeyd edilir ki, dünya üzrə neft istehlakı artımının üçdə ikisi və qaz istehlakı artımının üçdə biri Çinin payına düşür.
Çin iqtisadiyyatının inkişafnın yubanması 2030-cu ilə qədər ildə 4%-i keçməyəcək. Bu vəziyyət 2025-ci ildə enerji tələbatı sahəsində ən yüksək həddə çatacaq. Nəticədə, neft idxalı 5%, LNG idxalının isə 20% azala bilər. İEA-nın proqnozuna görə, onilliyin sonuna qədər nəqliyyat neft istehlakında artım mənbəyi olmaqdan çıxacaq.
Avqust ayında “Bloomberg” məqaləsində yazmışdı ki, dünyada dizel yanacağı ehtiyatları tarixində ən aşağı səviyyəyə gəlib çatıb.
Bu, ənənəvi olaraq yanacağa tələbatın artmasına səbəb olan Şimal yarımkürəsində yaxınlaşan istilik mövsümü fonunda mütəxəssislərin qorxusunu artırır.
Analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Xüsusilə Avropada və ABŞ-ın Atlantik sahillərində vəziyyət gərgindir. “Wood Mackenzie” tərəfindən şimali və qərbi Avropada dizel ehtiyatlarının yaxın aylarda azalacağı proqnozlaşdırılır.
OPEC-in “World Oil Outlook” adlı uzunmüddətli proqnozunda isə bildirilib ki, 2019-2026-cı illər ərzində neftə tələbat gündə 13.8 milyon barel artacaq. Eyni zamanda bunun böyük hissəsi (80%) 2021-2023-cü illərin payına düşəcək. Ümumilikdə, OPEC-in proqnozlarına görə, 2045-ci ilədək qlobal neft tələbatı gündə 108.2 milyon barel təşkil edəcək.
Sentyabr ayında ABŞ-da dizel yanacağı fyuçersləri 140 dollara çatdı. Bu rəqəm ilin bu vaxtı üçün rekord sayılırdı. Eyni müddət ərzində Avropa İttifaqında da dizelin qiyməti 60% artdı. Bu vəziyyətə səbəb kimi, OPEC+ liderləri Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft hasilatının azaldılması göstərilirdi. Qlobal neft emalı sənayesi dizel yanacağı istehsalında artan çətinlik fonunda OPEC hesab edir ki, uzunmüddətli perspektivdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda neftə tələbat azalacaq. Bununla yanaşı, 2028-ci ildə qlobal neft tələbatı 2022-ci illə müqayisədə 10,6 milyon barel artaraq 110,2 barelə çatacaq. Yaxın müddətdə OECD ölkələrində də gündəlik tələbat 500 min barel artacaq, lakin 2045-ci ildə bu rəqəm gündəlik 9,3 milyon barel azalacaq.
OPEC-in son hesabatında bildirilir ki, 2045-ci ildə bu ölkədə neftə tələbatın gündəlik 6,6 barel, digər Asiya ölkələrində gündəlik 4,6 milyon barel, Çində gündəlik 4 milyon barel, Afrika qitəsində gündəlik 3,8 milyon barel, Yaxın Şərqdə isə gündəlik 3,6 barel artacağı gözlənilir.
"VYGON Consulting"ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib.
Şirkətin baza proqnoz variantına əsasən, avtomobil nəqliyyatı yanacağı 2035-ci ilə kimi 2015-ci ildəki gündəlik 43,2 mln. bareldən 3,3 mln. barel/gün və ya 7,6% azalaraq 39,9 mln. barel/günə enəcək. Benzin istehlakı cari məcmu tələbin 39%-ni təşkil edirdisə, 2035-ci ilə bu göstərici 24%-ə, dizel yanacağının payı isə 31% (sabit) səviyyəsində olacaq.
Analitiklərin fikrincə,neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymələrini kəskin azalda bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!