Dünya ölkələrinin yarıdan çoxu istehsal fəaliyyətini azaldıb | Banco.az

Dünya ölkələrinin yarıdan çoxu istehsal fəaliyyətini azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Dünya ölkələrinin üçdə ikisi istehsal fəaliyyətini azaldıb. Eyni zamanda, sənaye məhsullarına tələbat azalmağa davam edir. 

Banco.az xəbər verir ki, iyun ayında sənayedə qlobal satınalma menecerləri indeksinin (PMI) dəyəri son altı ayda ən aşağı qiymətə düşüb. Eyni zamanda, sorğuya daxil edilən 29 ölkənin yalnız üçdə birində sənayedə aktivlik qeydə alınıb. “J. P. Morgan” və “S&P Global”ın məlumatına görə, bu vəziyyət sənaye məhsullarına tələbatın və yeni sifarişlərin sayının azalması ilə əlaqədar olub. Bu səbəbdən istehsalçılar da xammal alışının həcmini azaldıb və sifarişlərin çatdırılma müddəti artıb

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et