Dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar | Banco.az

Dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar

Türkiyə bank innovasiyalar lideri olan Denizbankın rəqəmsallaşma rəhbəri  Gurhan Çam 17-18 Aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik konfrans“ında skiper kimi çıxış edəcəkdir. Tədbirdə Denizbank və İntertech maliyyə texnologiya şirkəti banklara rəqəmsal bankçılığa tranformasiya imkanları və hazır həllər təqdim edəcək, bank avtomatlaşdırma proqram təminatlarının və avadanlıqlarını sərgiləyəcəkdir.

Gurhan Çam FastPay, Twitter Loan, MobilDeniz, birbaşa bank xidməti platforması olan (DijitalDeniz) və digər premium klass bank məhsulların yaradıcılarındandır. Onun effektiv səyləri nəticəsində 3 il ardıcıl olaraq DenizBank “Dünyanın ən innovativ bankı” və “Qlobal İnnovator” adına layiq görülmüşdür. Həmçinin o Strateji marketinq və brend menecment sahəsində magistr dərəcəsi almışdır. O, hal hazırda  Denizbankda Deputy CDO-  baş rəqəmsallaşma müfətişi müavini vəzifəsində çalışmaqla mobil platformalar, birbaşa bank əməliyyatları, Cloud bank sistemləri, rəqəmsal ödəmə sistemləri, məhsulların idarə edilməsi və marketing sahəsinə rəhbərlik edir. Həmçinin o, İdarə Heyətinə İnnovasiya hesabatlarının rəhbəri və bankda Korporativ İnnovasiya proseslərini əlaqələndiricisidir.

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır