Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb | Banco.az

Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb. 

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb. 

Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%). 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et