Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır | Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ABŞ xam neft ehtiyatlarının iki həftə ardıcıl olaraq artması fonunda Asiya birjalarında ucuzlaşmaqda davam edir.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) çərşənbə günü 1,5% ucuzlaşdıqdan sonra yenidən 0,9% dəyər itirməklə hazırda bir bareli 76.74 dollara icra edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,5% ucuzlaşaraq bir bareli 80.67 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram