Dünya bazarlarında neftin qiyməti 72 dollardan aşağı enib | Banco.az

Dünya bazarlarında neftin qiyməti 72 dollardan aşağı enib

Brent markalı may fyuçersləri Londonun ICE Futures birjasında 0,28 dollar (0,39%) ucuzlaşaraq bir barel üçün 71,88 dollar olub. Cümə günü Brent 0,16 dollar (0,2%) bahalaşaraq 72,16 dollar/barelə çatıb.

Bu vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçerslərinin qiyməti 0,25 dollar (0,37%) ucuzlaşaraq bir barelə görə 68,03 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,21 dollar (0,3%) artaraq 68,28 dollar olub.