Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni günə bahalaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti birjaların diqqətinin bu gün həyata keçiriləcək OPEC+ iclasına yönəldiyi əsnada əvvəlcədən elan edilən dəyərləndirmə hesabatından sonra bahalaşıb.
ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,9% bahalaşmaqla hazırda bir bareli 67.59 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 1,4% dəyər qazanaraq bir bareli 70.29 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!