Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti 9 sent (0,11%) azalaraq bir barel üçün 81,02 dollar olub. Cümə günü Brent markalı neft 0,77 dollar (0,9%) ucuzlaşaraq 81,11 dollar/barel olub.

Banco.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,05 dollar (0,06%) ucuzlaşaraq bir barelə görə 76,94 dollar təşkil edib. Son sessiyada müqavilənin qiyməti 0,92 dollar (1,2%) ucuzlaşaraq 76,99 dollar/barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram