Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçib | Banco.az

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçib

Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.

Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et