Dünya bazarında "qara qızıl"ın qiyməti ucuzlaşıb | Banco.az

Dünya bazarında "qara qızıl"ın qiyməti ucuzlaşıb

ABŞ-da ehtiyatların artması haqqında statistikanın açıqlanması dünya bazarında neftin 2% ucuzlaşmasına səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,87% ucuzlaşaraq, 1 bareli 86,73 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 2,1% aşağı düşərək, 1 bareli 83,77 ABŞ dolları təşkil edib.

İnvestorlar Energetika Nazirliyinin ABŞ-da neftin ehtiyatları ilə bağlı statistikasını qiymətləndirməyə davam edirlər.

Belə ki, yanvarın 14-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 0,5 milyon barel və 0,1% artaraq, 413,8 milyon barelə çatıb. Analitiklər isə 0,9 milyon barel azalmanın qeydə alınacağını gözləyirdilər.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et