Bu avtomobil şirkətinin fabriki qasırğaya məruz qalıb və istehsal dayandırılıb | Banco.az

Bu avtomobil şirkətinin fabriki qasırğaya məruz qalıb və istehsal dayandırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Rivian”ın fabriki qasırğaya məruz qalıb və istehsal dayandırılıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil şirkəti “Rivian”ın İllinoys ştatındakı zavodu həftəsonu qasırğaya məruz qalıb və zərər görən müəssisədə istehsal dayandırılıb. Şirkət müvəqqəti bağlanmanın yaxın həftələrdə bazara çıxarılması gözlənilən yeni “R2” SUV modelinin təqdimat vaxtına təsir edib-etməyəcəyi ilə bağlı açıqlama verməyib.

Şirkətin yaydığı məlumatda bildirilib ki, hadisə zamanı heç kim xəsarət almayıb və əməkdaşlar ziyanın miqyasını qiymətləndirməyə davam edirlər. EF-1 gücündə olan qasırğa “Rivian”ın “Bina 2” adlandırdığı və “R2” SUV modelinin istehsal olunduğu hissəyə zərbə vurub.

“Rivian”ın baş icraçı direktoru RJ Skarinc əməkdaşlara göndərdiyi elektron məktubda bildirib: “Qasırğa xəbərdarlıqları verildikdə təhlükəsiz yerlərə sığınan və fövqəladə vəziyyət idarəetmə protokollarımıza əməl edən sahə komandası üzvlərinə təşəkkür edirəm. Hər kəsin yalnız təhlükəsizlik qaydalarına riayət etməklə kifayətlənməyib, həm də bir-birinə dəstək göstərməsi, təmizlik və bərpa işlərini bu qədər diqqət və qətiyyətlə həyata keçirmək üçün necə bir araya gəldiyi ilə qürur duyuram.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram