Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında neft ucuzlaşıb

Çərşənbə axşamı neftin qiyməti treyderlər arasında ABŞ və Aİ arasında ticarət mübahisələrinin qlobal iqtisadi fəallığın zəifləməsinə və müvafiq olaraq enerji resurslarına tələbatın azalmasına səbəb olacağına dair artan narahatlığına görə düşür.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 68,5 dollar təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,71 dollar (1,03%) aşağıdır. Bazar ertəsi bu müqavilələrin qiyməti 0,07 dollar (0,1%) ucuzlaşaraq 69,21 dollar/barelə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,66 dollar (1%) ucuzlaşaraq 65,29 dollar/barelə bərabər olub.

Əvvəlki sessiyanın sonunda bu müqavilələrin dəyəri 0,1 dollar (0,2%) azalaraq bir barel üçün 65,95 dollar təşkil edib.