Dünya Bankı: Zəlzələnin Türkiyəyə vurduğu ziyan 34 milyard dolları keçəcək | Banco.az

Dünya Bankı: Zəlzələnin Türkiyəyə vurduğu ziyan 34 milyard dolları keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının hesabatına görə, Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyanın 34,2 milyard dolları ötəcəyi gözlənilir.

Banco.az xəbər verir ki, Dünya Bankı Türkiyədə baş verən zəlzələlərlə bağlı hesabat dərc edib.

Qiymətləndirmə hesabatına görə, fevralın 6-da baş verən iki böyük zəlzələ Türkiyədə təxminən 34,2 milyard dollar fiziki ziyana səbəb olub ki, bu da ölkənin 2021-ci il üzrə ÜDM-nin 4%-nə bərabərdir.

Hesabat həmçinin bərpa və yenidənqurma xərclərinin daha yüksək, potensial olaraq bu rəqəmdən iki dəfə çox olacağını, iqtisadiyyatın ləngiməsi ilə bağlı ÜDM itkilərinin isə zəlzələlərin xərclərini daha da artıracağını ortaya qoyub.

Bildirilib ki, ümumi zərərin 28 faizi (9,7 milyard dollar) qeyri-yaşayış binalarında (səhiyyə müəssisələri, məktəblər, dövlət və özəl sektor binaları), 19 faizi (6,4 milyard dollar) isə infrastruktur obyektlərində (yollar, elektrik enerjisi, su təchizatı) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et