Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankından Türkiyənin enerji ötürmə sisteminin transformasiyası üçün 748 milyon ABŞ dolları məbləğində güzəştli xarici maliyyə vəsaiti təmin olunub.
Banco.az xəbər verir ki, Türkiyənin dövlət infrastruktur layihələrinin gücləndirilməsinə yönəlmiş xarici maliyyə təminatı üzrə işlər davam etdirilir.
Bu çərçivədə “Türkiyə Enerji Ötürmə Sisteminin Çevrilmə Layihəsi” Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənib.
Layihə çərçivəsində Dünya Bankı tərəfindən Türkiyə Elektrik Ötürmə AŞ-yə (TEİAŞ) Maliyyə Nazirliyinin geri ödəmə zəmanəti ilə təxminən 748 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılacaq.
Bu maliyyələşmənin təxminən 708 milyon dolları Dünya Bankından kredit, 38 milyon dolları Bankanın idarə etdiyi Təmiz Texnologiya Fondundan (TTF) kredit, 2 milyon dolları isə TTF çərçivəsində qrant (hibe) şəklində təmin olunacaq.
TEİAŞ tərəfindən həyata keçiriləcək bu layihə ilə Türkiyənin enerji ötürmə sistemi fəaliyyətindəki məhdudiyyətlərin aradan qaldırılması hədəflənir. Layihə nəticəsində elektrik ötürmə şəbəkəsinin halqa quruluşu tamamlanacaq və digər enerji istehsalı mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının sistemə qoşulmasını təmin edəcək ötürmə infrastrukturu gücləndiriləcək.
Bu vəsaitlə birlikdə 2025-ci ildə beynəlxalq qurumlardan əldə olunan güzəştli xarici maliyyə vəsaitinin ümumi həcmi təxminən 7 milyard ABŞ dollarına çatacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!