Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Türkiyənin iqtisadi artım proqnozunu yuxarı çəkib.
Banco.az xəbər verir ki, Dünya Bankı Avropa və Mərkəzi Asiya, Şərqi Asiya və Sakit Okean, Cənubi Asiya, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan, Qara Afrika, həmçinin Latın Amerikası və Karib hövzəsi iqtisadiyyatlarına dair hesabatlarını yayımlayıb.
Avropa və Mərkəzi Asiya üzrə İqtisadi Yenilənmə Hesabatında qeyd olunub ki, Türkiyə iqtisadiyyatının bu il 3,5%, 2026-cı ildə 3,7% və 2027-ci ildə 4,4% artacağı gözlənilir.
Dünya Bankı iyun ayında dərc etdiyi proqnozlarında Türkiyə iqtisadiyyatının 2025-ci ildə 3,1%, 2026-cı ildə 3,6% və 2027-ci ildə 4,2% artacağını nəzərdə tutmuşdu.
Hesabatda qeyd edilir ki, Avropa və Mərkəzi Asiyada iqtisadi artım yavaşlasa da, region qlobal və regional çətinliklərə baxmayaraq dayanıqlılığını qoruyub. Region iqtisadiyyatının bu il 2,4% artacağı proqnozlaşdırılır, bu göstərici ötən ilki 3,7%-lik artımdan aşağıdır və bu da Rusiyada artım tempinin zəifləməsi ilə əlaqələndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!