Dünya Bankı Türkiyədə qadınlara və gənclərə məxsus kiçik biznesə dəstək verəcək | Banco.az

Dünya Bankı Türkiyədə qadınlara və gənclərə məxsus kiçik biznesə dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Türkiyədə qadınlara və gənclərə məxsus kiçik biznesə dəstək verəcək.

Banco.az xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası qadınların və gənclərin Türkiyədə yaşıl transformasiyanın yaratdığı məşğulluq imkanlarına və iqtisadi imtiyazlara çıxışına kömək etmək məqsədi ilə 400 milyon ABŞ dolları məbləğində maliyyələşməni təsdiqləyib.

Bu barədə Dünya Bankı bəyanat verib.

Bəyanata görə, Türkiyə Sosial İnklüziv Yaşıl Transformasiya Layihəsi qadınlara və gənclərə məxsus mikro, kiçik və orta müəssisələrin (MSME) maliyyəyə çıxışını, eləcə də qadınların və gənclərin iqtisadiyyatın yaşıl sektorları tərəfindən yaradılan iş yerlərinə çıxışını asanlaşdıracaq.

Qurumun İcraçı Direktorlar Şurası həmçinin təmiz texnologiyalar və proseslərin tətbiqi yolu ilə istixana qazı emissiyalarını azaltmaq üçün seçilmiş sektorları dəstəkləmək məqsədi daşıyan 416 milyon ABŞ dolları dəyərində olan Türkiyə Sənaye Emissiyalarının Azaldılması Layihəsini də təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et