Dünya Bankı neftin qiymətini proqnozlaşdırıb | Banco.az

Dünya Bankı neftin qiymətini proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankı “Dünya iqtisadiyyatının perspektivləri” hesabatında 2023-2025-ci illər arasında neftin qiymətinin artacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, xam neft qiymətlərinin 2023-cü ildə orta hesabla 1 barrel üçün 80 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. 2024-cü ildə isə 82 dollara yüksələcəyi bildirilir.

Eyni zamanda, qeyd olunur ki, Aİ-nin enerjiyə qənaətin səmərəliliyini artırmaq səyləri nəticəsində 2024-cü ildə təbii qaz və kömürün qiymətlərinin ucuzlaşacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et