Dünya Bankı Hesablama Palatasının müstəqilliyini yüksək qiymətləndirib | Banco.az

Dünya Bankı Hesablama Palatasının müstəqilliyini yüksək qiymətləndirib

Dünya Bankı bu gün ölkələrin əsas hesabatlılıq qurumlarından birinin gücləndirilməsi məqsədi daşıyan, Ali Audit Qurumlarının ( AAQ ) 2021-ci il üzrə Müstəqillik İndeksinin Qlobal Hesabatını təqdim edib.

Bu barədə Dünya Bankının ali audit qurumlarının müstəqilliyinə dair dərc etdiyi yeni renkinqdə deyilir. 118 AAQ arasında Azərbaycan Hesablama Palatası yüksək hüquqi və fəaliyyət müstəqilliyi olan təşkilatlar arasında yer alıb.

Bu qiymətləndirmə dövlət proqramları, siyasətləri, fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinin təmin olunması və vətəndaşlar və maraqlı tərəflər arasında etimadın gücləndirilməsi istiqamətində səyləri əks etdirir.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatasına Dünya Bankı tərəfindən 9-9,5 bənd səviyyəsində ("yüksək") indeks qiymətləndirilməsi verilib. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et