Dünya Bankı gələn il Çində iqtisadi artımın zəifləyəcəyini gözləyir | Banco.az

Dünya Bankı gələn il Çində iqtisadi artımın zəifləyəcəyini gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı 2024-cü ildə Çində iqtisadi artımın zəifləməsini gözlədiyini bildirib.

Banco.az xəbər verir ki, Dünya Bankı tərəfindən yayımlanan yenilənmiş "Çinin İqtisadi Görünüşü" hesabatında ölkədə iqtisadi fəallığın 2023-cü ildə artdığı, lakin davam edən deflyasiya təzyiqi və zəif istehlak tələbi səbəbindən bərpa prosesinin kövləkləşdiyi qeyd olunub.

Hesabatda daşınmaz əmlak sektorunda azalma və qlobal tələbdə durğunluq kimi struktur problemlərin, eləcə də borc faizlərinin artması, əhalinin yaşlanması və məhsuldarlıq artımının ləngiməsinin artım gözləntilərinə mənfi təsir göstərdiyi diqqətə çatdırılır.

Bu baxımdan da 2023-cü ildə 5,2 faiz olacağı gözlənilən artım tempinin 2024-cü ildə 4,5 faizə enəcəyi proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda Çin iqtisadiyyatının qlobal tələbin zəifləməsi və artan geoiqtisadi gərginlikdən də təsirləndiyi vurğulanaraq iqlim dəyişikliyi ilə əlaqədar ekstremal hava hadisələrinin tezliyinin artması da böyüməyə təsir edə biləcək risk faktoru kimi qəbul edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et