Müxtəlif vəziyyətlərdə insanlar ən son çıxış yolu olaraq öz instinktlərinə güvənərək hərəkət edirlər. Bu dəfə sizi maraqlı bir digər sindromla tanış edəcəyik. Dunning-Kruger təsiri adlanan bu sindrom ilə bağlı çox maraqlı hadisələrin şahidi olmaq mümkündür.
Bunlardan biri 1995-ci ildə ABŞ-da bank soyğunu zamanı ortaya çıxmışdı. Beləki, MakArtur adlı şəxs 2 bank soymuş və qısa zaman sonra polis tərəfindən saxlanılmışdı. İşin maraqlı tərəfi isə ondan ibarət idi ki, o, soyğunu həyata keçirərkən heç bir maskadan istifadə etməmişdi. Soyğuncu üzünü qorumaq üçün sadəcə limon suyundan istifadə etmişdi. Nə qədər gülməli hesab olunsa da həqiqətən o, gizləyici vasitə kimi limon suyunu üzünə sürtərək bankı soymuşdu. Əvvəlcə MakArtur öz cinayətini inkar etsə də kamera görüntülərindən sonra etdiyi işi qəbul etmişdi. Soyğuncu özünün kamerada əksini gördükdə çox təəccüblənmişdi və üzünə sürtdüyü limon suyunun üzünü görünməz etməli olduğunu iddia etmişdi. Hətta soyğun etmədən öncə o, evdə palaroid aparatı ilə təcrübələr də aparırmış. Amma təbii ki, son nəticə olaraq tutulmuşdu.
Bu mövzu haqda araşdırma aparan Cornell psixoloji professoru Devid Dunnung maraqlı bir məqama diqqət çəkdi. Əslində soyğunçuda olan bu iddianın bir səbəbi vardı: müəyyən sahədə özünə aşırı inamlı olmaq. Bəzən insanlar bir mövzuda və ya sahədə o qədər iddialı olurlar ki, səhv olma ehtimalını tamamilə nəzərə almırlar. Maraqlı olan bir digər nüans isə onunla bağlıdır ki, bu sindrom yalnız sadə insanlarda deyil, ziyanlı şəxslərdə də özünü biruzə verir.
Dunning-Kruger sindromu maliyyə sahəsində də özünü göstərməkdədir. 2006-cı ildə araşdırmaçı Ceyms Montier görüşdüyü 300 professionalın iş performanslarının fon göstəricisinin 74%-in “ortalama üzərində”, geri qalan 26%-in iş performansını “ortalama”, 0%-ni isə “ortalamadan aşağı” olaraq dəyərləndirildi. Təbii ki, belə nəticə imkansızdır.
Bu sindromdan əziyyət çəkməmək üçün realist olmaq, veriləcək qərarın müsbət və mənfi tərəfini düzgün dəyərləndirməkdən lazımdır.
Nəcibə Yusifova, Banco.az