"Fitch": Azərbaycanda depozitlərin dollarlaşması yüksək səviyyədə qalacaq | Banco.az

"Fitch": Azərbaycanda depozitlərin dollarlaşması yüksək səviyyədə qalacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda depozitlərin dollarlaşmasının yaxın illərdə yüksək səviyyədə qalacağını proqnozlaşdırır.

Bu barədə agentlik xəbər verir.

    Reytinq agentliyi bildirir ki, 2025-ci ilin üçüncü rübünün sonunda depozitlərin 44%-i xarici valyutada olub: "Əlavə makro-prudensial tədbirlər görülmədiyi halda, depozitlərin manatlaşması prosesi çox yavaş templə davam edəcək".

    Hesabata görə, bankların xarici valyutada verdiyi kreditlərin payı azalmaqda davam edəcək və 2026-cı ilin sonuna doğru ümumi kredit portfelinin təxminən 12%-nə enəcək (2024-cü ilin sonu: 16%). “Fitch” bunu manatın ABŞ dollarına bağlı stabil məzənnəsi və xarici valyutada kreditləşməyə qoyulan ciddi məhdudiyyətlərlə izah edir.

    apa