Dövlət Neft Fondunun yeni sədri təyin olundu - SƏRƏNCAM | Banco.az

Dövlət Neft Fondunun yeni sədri təyin olundu - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncam ilə, Şahmar Mövsümovu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edib.

Digər bir Sərəncam ilə İsrafil Məmmədov İcraçı direktor təyin edilib. 

Qeyd edək ki, İsrafil Məmmədov Fondun direktor müavini idi.

Azərbaycan Prezidenti İlham Əliyev İsrafil Məmmədovu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilməsi münasibətilə qəbul edib.