Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq

Nazirlər Kabineti gələn il dövlət borcunun ortamüddətli və uzunmüddətli idarə edilməsi layihəsini hazırlayacaq. Bu Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il üçün dövlət büdcəsinin təsdiq edilməsi haqqında sərəncamında qeyd olunub.

Sərəncama görə, 6 ay ərzində həmin layihə hazırlanmalı və dövlət başçısına təqdim edilməlidir.

2016-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 7 650,7 milyon dollar (12 402,6 milyon manat) təşkil edib.

Mənbə: Trend.az