Donald Tramp artıq Amerikanın ən varlı 400 insanından biri deyil | Banco.az

Donald Tramp artıq Amerikanın ən varlı 400 insanından biri deyil

Tamara Mustafayeva, Banco.az

Donald Tramp "Ən Varlı 400" siyahısından kənarda qalıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sabiq ABŞ prezidenti və iş adamı Donald Tramp "Forbes" nəşri tərəfindən açıqlanan "ABŞ-ın Ən Varlı 400 İnsanı" siyahısına 25 ildən sonra ilk dəfə daxil ola bilməyib.

Trampın əmlak sektorundakı sərvətinin təqribən 2.5 milyard dollar olduğunun vurğulandığı açıqlamada onun ilk 400 nəfərin arasına daxil olmağa 400 milyon dolların çatmadığı bildirilib. Bununla yanaşı, Trampın pandemiyanın əvvəlindən bəri 600 milyon dollar itirdiyi qeyd edilib.

Xatırladaq ki, prezident seçildiyi 2016-cı ildə "Forbes" nəşrinin "ABŞ-ın Ən Varlıları" siyahısında 156-cı pillənin sahibi olan Donald Tramp vəzifədən getdiyi 2020-ci ildə 339-cu pilləyə geriləmişdi.

Qeyd edək ki, sözügedən siyahıda "Amazon"un təsisçisi Ceff Bezos 201 milyard dollar ilə birinci pillədə qərarlaşıb ki, onu 190.5 milyard dollarla İlon Mask, 134.5 milyard dollar ilə Mark Zuckerberg izləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram