Dollar/TL məzənnəsi açıqlandı - Yeni rekord göstərici | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Yeni rekord göstərici

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə növbəti rekord göstərici ilə başlayıb.

Məzənnə yeni həftənin ilk iş günündə 7,60 səviyyəsini keçməklə bu vaxta qədərki ən yüksək səviyyəyə çataraq növbəti rekorda imza atıb. 

Günün irəliləyən saatlarında qismən geriləyən kurs Bakı vaxtı ilə 13:21-də 7,5900 səviyyəsində icra edilib.

Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankının cümə axşamı keçiriləcək iclasında faiz dərəcəsini dəyişdirəcəyi gözlənilir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram