Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
İnflyasiya göstəricilərinin açıqlanmasından sonra yüksələn dinamikanın müşahidə edildiyi kurs daha sonra gün ərzində geriləyib. Ötən həftəni 7,8363 səviyyəsində başa vuran Dollar/TL bu gün Bakı vaxtı ilə 12:45-də 7,8013 səviyyəsində alıcı tapıb.
Xatırladaq ki, kurs həftə ərzində ən yüksək 7,9096, ən aşağı isə 7,7476 səviyyələrində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!