Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.
Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) xarici banklarla həyata keçirlən swap əməliyyatları üzrə limitləri azaltmasından sonra məzənnə geriləyib.
Çərşənbə axşamını 8,1588 səviyyəsində başa vuran Dollar/TL məzənnəsi səhər saatlarında 8,0896 səviyyəsinə qədər geriləyib.
Daha sonra yenidən yüksələrək 8,2099 səviyyəsinə çatan məzənnə Bakı vaxtı ilə 10:45-də 8,1309 səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!