Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə stabil başlayıb.

Məzənnə "Moody`s" reytinq agentliyinin gözlənilməz dərəcə endirimindən sonra yeni iş həftəsinə stabil başlayıb.

Ötən həftəni 7.4761 səviyyəsində başa vuran kurs həftənin ilk iş günündə səhər saatlarında 7.48 səviyyələrində icra edilib.

Məzənnə Bakı vaxtı ilə 10:30-da 0.14% yüksələrək 7.4865 səviyyəsində icra edilib.

Qeyd edək ki, Türkiyə Statistika Komitəsi (TÜİK) Bakı vaxtı ilə 11:00-da iyul ayı üzrə sənaye istehsalı göstəricilərini açıqlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram