Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi bu gün də stabilliyini saxlayır.

Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs yeni günə 6.85 səviyyəsində başlayıb. Son dövrlərdə açıqlanan iqtisadi göstəricilər də məzənnəyə əsaslı təsir göstərmir. 

Qeyd edək ki, bu gün Türkiyədə mühüm gündəm mövzusu olmasa da, Avropa Mərkəzi Bankının faiz qərarı birjaların diqqət mərkəzində olacaq. İclasda faiz dərəcisinin dəyişməyəcəyi proqnozlaşdırılır. 

Günün irəliləyən saatlarında isə ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər və pərakəndə satış göstəriciləri, Bank of America və Morgan Stanley-in ikinci rüb üzrə balans hesabatı izləniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et