Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi geo-siyasi risklərin təsirindən ötən həftə 13.70 səviyyəsinə qədər yüksəldikdən sonra hazırda 13.60 səviyyələrində ticarət edilməkdədir.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, dünya birjalarının cari gündəm maddəsi Rusiya-Ukrayna böhranı, Türkiyədə isə iqtisadi inam indeksi və Xəzinə hərraclarıdır.
Hazırda Dollar/TL məzənnəsi 13.61 səviyyəsində ticarət olunur.
Xatırladaq ki, Türkiyə Respublikası Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin iclas xülasəsi də bu həftə yayımlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!