Tamara Mustafayeva, Banco.az
Yeni iş həftəsinə 11 səviyyəsində başlayan məzənnə dünən 11.90-ı keçmiş, günü isə 11.78 səviyyəsində başa vurmuşdu.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, yeni günə 11.88 səviyyəsində başlayan məzənnə daha sonra yüksəlməyə başlayıb.
Dollar/TL məzənnəsi hazırda 12.14 səviyyəsində ticarət edilir.
Xatırladaq ki, ötən həftənin bazar ertəsi kabinetin iclasından əvvəl 18 səviyyəsini üstələməklə tarixi rekorda imza atan məzənnə daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın türk lirəsini təşviq edici açıqlamaları ilə sürətlə geriləyərək 12.27 səviyyəsinə enmiş, həftəni isə 10.63 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!