Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dünən həftənin ilk iş günü 11.50 səviyyəsini üstələyən məzənnə yeni günə də eyni səviyyələrdə başlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, ötən həftənin bazar ertəsi kabinetin iclasından əvvəl 18 səviyyəsini üstələməklə tarixi rekorda imza atan məzənnə daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın türk lirəsini təşviq edici açıqlamaları ilə sürətlə geriləyərək 12.27 səviyyəsinə enmiş, həftəni isə 10.63 səviyyəsində başa vurmuşdu. 

Yeni günə 11.50 səviyyəsində başlayan kurs daha sonra bir qədər yüksəlib.

Dollar/TL məzənnəsi hazırda 11.84 səviyyəsində ticarət edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et