Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə stabil başlayıb.

Ötən həftənin mühüm gündəm mövzularına baxmayaraq, stabilliyini saxlayan və həftəni 6.8623 səviyyəsində başa vuran kurs yeni iş həftəsinin ilk iş günündə 6.86 səviyyəsində icra edilir.

Səhər saatlarında əksər inkişaf etməkdə olan ölkə valyutaları dollar qarşısında dəyər qazanır. Meksika pezosu, Cənubi Afrika randı və Macarıstan forinti ən çox dəyər qazananlardır.

Xatırladaq ki, bu gün Türkiyədə işsizlik göstəriciləri və xəzinə nağd tarazlığı məlumatları izləniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et